Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: “MAGNUS onlayn yay məktəbi”nin iştirakçılarına sertifikatlar verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti: “MAGNUS onlayn yay məktəbi”nin iştirakçılarına sertifikatlar verilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ KA2 “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində onlayn “MAGNUS yay məktəbi” başa çatıb.
Yay məktəbini bağlı elan edən bu ali təhsil müəssisəsinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov iştirakçılara təşəkkürünü bildirib və gələcəkdə layihənin faydalı olmasını arzu edib.
Yay məktəbinin iştirakçılarına sertifikatlar təqdim edilib. Ümumilikdə 6 tərəfdaş universitetdən 44 bakalavr və magistr tələbə faydalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər