Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn dərslərə bütün fakültələr üzrə bakalavrlar cəlb olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn dərslərə bütün fakültələr üzrə bakalavrlar cəlb olunub Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsilin davamlılığının təmin edilməsi məqsədilə bütün dərslər onlayn şəkildə tədris olunur.
“Zoom call” proqramı ilə tədris olunan onlayn dərslərə bu günə qədər universitet üzrə bakalavr pilləsində əyani şöbədə I, II və III kursda təhsil alan 7777 nəfər, qiyabi şöbədə 317 tələbə cəlb olunub.
Onlayn dərslər mühazirə və məşğələ, laboratoriya dərsləri mövzulara uyğun olaraq tələbələrin suallarına cavab və diskussiya formatında aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər