İran Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışla əlaqədar bu ölkəyə tibbi ləvazimat və dərman preparatlarından ibarət 9 ton yük göndərib.
Bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Məhəmməd Nəsiri məlumat verib. O bildirib ki, 22 həkim və tibb bacısı bir neçə saatdan sonra Livana yola düşəcək. Onlar partlayış zamanı xəsarət alanların müalicəsində iştirak edəcəklər.
İran Prezidenti Həsən Ruhani Livan xalqına başsağlığı verərək hər cür kömək göstərməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, ötən gün Beyrut limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 100-dən çox adam ölüb, mindən çox şəxs xəsarət alıb. Yaralıların çoxunun vəziyyəti ağırdır.
Hazırda partlayışın səbəbləri araşdırılır. Partlayışın terror aktı olması istisna edilmir.
Tehsil-press.az