Buraxılış imtahanlarında iki nəfər maksimal bal toplayıb

Buraxılış imtahanlarında iki nəfər maksimal bal toplayıb On birinci sinif şagirdləri üçün iyulun 29-30-da keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul) imtahanlarında iştirakı nəzərdə tutulan 20667 nəfərdən 2214 nəfər imtahana gəlməyib. Üç nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
İmtahan iştirakçıları arasında 2 nəfər – Binəqədi rayonu, 297 saylı tam orta məktəbin cari il məzunu və Binəqədi rayonu, 276 saylı tam orta məktəbin cari il məzunu maksimal olan 300 bal toplayıb. Altı nəfər isə 297,1 bal toplayıb.

Tehsil-press.az

Oxşar xəbərlər