25 nəfər ədliyyə orqanlarından xaric olunub - Nazirlik

25 nəfər ədliyyə orqanlarından xaric olunub - Nazirlik Son dövrdə fəaliyyətində pozuntulara və ciddi nöqsanlara yol verən 400 ədliyyə işçisi, o cümlədən 40 icra xidməti əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, cəza almışlardan 25 nəfəri ədliyyə orqanlarından xaric olunub, 12-si məsul vəzifəsindən azad edilib. Hətta 5-i barədə materiallar istintaqa göndərilib. 16 nəfər ədliyyə işçisi xüsusi karantin rejimi tələblərini pozduqlarına görə cəzalanıb: "Bundan əlavə, Nazirlikdə son zamanlar aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənmiş, o cümlədən də İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib".
Həmçinin bu ilin 6 ayı ərzində 80-dən artıq gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub, 70 işçinin rotasiyası aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər