Penitensiar Xidmətin 6 əməkdaşı vəzifəsindən azad edilib

Penitensiar Xidmətin 6 əməkdaşı vəzifəsindən azad edilib Penitensiar Xidmətin pozuntulara yol vermiş 132 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 6 əməkdaşı tutduğu vəzifədən azad edilib, 10 əməkdaş isə ədliyyə orqanlarından xaric olunub.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 72 mobil telefon, 79,343 qram müxtəlif narkotik və psixotrop maddələr, 58 litr qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub. Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 297 müxtəlif, o cümlədən xüsusilə ağır cinayətlərin üstünün açılmasına köməklik göstərilib.

Təhsil-press.az

Oxşar xəbərlər