Madrid müəllimləri məktəbə qayıtmaq üçün protokolun olmaması səbəbindən sentyabr ayında tətil elan ediblər

Madrid müəllimləri məktəbə qayıtmaq üçün protokolun olmaması səbəbindən sentyabr ayında tətil elan ediblər Madrid müəllimlərinin Həmkarlar İttifaqları şəhər icra hakimiyyəti orqanlarının fəaliyyətsizliyini və koronavirusdan sonrakı dövrdə resursların əhəmiyyətli dərəcədə artırılması üçün onların müvafiq tədbirlər görməməsni əsas gətirərək tədris ilinin ilk günlərində tətil elan ediblər.
Həmkarlar ittifaqlarının fikrincə, bu vəziyyət təhsil ictimaiyyətini və nəticə etibarilə bütün Madrid cəmiyyətini təhlükə altına qoyur. Tətillərin hər tədris dövrünün ilk günlərində: sentyabrın 4-də (məktəbəqədər), sentyabrın 8-də (ibtidai), sentyabrın 9-da (orta) və sentyabrın 10-da (qeyri-universitet təhsilinin bütün səviyyələri) keçirilməsi planlaşdırılır.
Müəllimlərin tələbləri sosial məsafəyə riayət edən qrupları bölüşdürməklə sinif şagirdlərinin nisbətini azaltmaq, hər hansı ssenari üzrə kursun əvvəlindən müəllimlərin sayını, eləcə də təmizlik, idarəetmə, nəzarət və ya sosial inteqrasiya üzrə personalın sayını artırmaq, bütün mərkəzləri tibb işçiləri ilə təmin etmək, rəqəmsal uyğunsuzluğu aradan qaldırmaq üçün tədbirlər görmək, məktəbləri və institutları bütün zəruri maddi resurslarla təmin etmək və onların infrastrukturunu təkmilləşdirmək zərurəti ilə bağlıdır.

Tehsil-press.az

Oxşar xəbərlər