Bakı Xoreoqrafiya Akademiyasının ümumi təhsil pilləsinə elektron sənəd qəbulu davam edir

Bakı Xoreoqrafiya Akademiyasının ümumi təhsil pilləsinə elektron sənəd qəbulu davam edir Bakı Xoreoqrafiya Akademiyasının (BXA) 2020/2021-ci tədris ili üçün ümumi təhsil pilləsi üzrə Azərbaycan və rus bölmələrinə şagirdlərin elektron sənəd qəbulu davam edir.
Elektron sənəd qəbulu avqustun 31-də yekunlaşacaq. Akademiyanın ümumi təhsil pilləsində tədris üç istiqamətdə, o cümlədən xoreoqrafiya sənəti (ixtisas və xüsusi fənlər), ümumi təhsil və musiqi fənləri üzrə aparılır. Elektron sənəd qəbulu Bakı Xoreoqrafiya Akademiyası tərəfindən aparılır. Müraciət edənlər müvafiq ərizə formasını www.bxa.edu.az saytının “Elanlar” bölməsindən endirməklə doldurmalı, çap edib imzalayaraq [email protected] ünvanına göndərməlidirlər.
Qəbul üçün tam orta təhsil pilləsi rəhbərinin adına ərizə, doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti, tibbi vərəqə (sağlamlıq haqqında arayış, kardioloq, oftalmoloq, nevropatoloq və pediatr rəyi), ümumtəhsil məktəbinin müvafiq sinfini bitirməsi haqqında qiymət cədvəlinin surəti, xüsusi qabiliyyəti olanlara təsdiqedici sənədlərin surəti, 3x4 ölçülü fotoşəkil (3 ədəd), yaşayış yerindən arayış, valideynlərin iş yerindən arayış, 1-ci siniflər üçün Təhsil Nazirliyi tərəfindən aparılan elektron qeydiyyat (ərizənin surəti) kimi sənədlər tələb olunur.

Tehsil-press.az

Oxşar xəbərlər