Əmək və Sosial Münasibətlər Akademiyası 2020/2021-ci tədris ilində əlavə təhsil üçün tələbə qəbulu elan edir

Əmək və Sosial Münasibətlər Akademiyası 2020/2021-ci tədris ilində əlavə təhsil üçün tələbə qəbulu elan edir Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 2020/2021-ci tədris ilində əlavə təhsil üçün tələbə qəbulu elan edir.
Əlavə qəbul mühasibat, maliyyə, iqtisadiyyat, dövlət və bələdiyyə idarəetməsi, sosial iş ixtisasları üzrə aparılacaq.
Qeyd olunan ixtisaslar üzrə əlavə təhsil almaq istəyənlər aşağıdakı sənədləri sentyabrın 5-dək akademiyanın qə[email protected] elektron poçt ünvanına göndərməlidirlər:
- Rektorun adına ərizə;
- Ali təhsil haqqında sənədin (diplomun) və diplom əlavəsinin surətləri (notarial qaydada təsdiq olunmuş);
- Əmək kitabçasının surəti;
- 3х4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti.
Əlavə təhsil almaq üçün akademiyaya sənəd verən şəxslərlə müsabiqə təşkil ediləcək. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul ediləcək. Tədris Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

Tehsil-press.az

Oxşar xəbərlər