Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramına sənəd qəbulu elan edir.
Sertifikat proqramının təşkilində məqsəd Azərbaycan Respublikası təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələbləri nəzərə alınmaqla tədris prosesinin hər mərhələsində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır.
Kursun proqramı tədris prosesinin bütün mərhələlərini əhatə edir. Bu sahədə təcrübəli ekspertlər öz biliklərini və praktik təcrübələrini təlim iştirakçıları ilə paylaşacaqlar.
Sənəd qəbulu yalnız www.kabinet.unec.edu.az linkində qeydiyyatdan keçməklə aparılır. Namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda kursda iştirak etmək hüqu¬qunu qazanırlar.
Proqram aprelin 15-dən başlayaraq 3 ay müddətinə təşkil olunacaq.
Təlimlər işdən ayrılmadan distant formada təşkil ediləcək və ödənişlidir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar topladıqları bala uyğun sertifikat alacaqlar.
Sənədlərin qəbulu martın 12-dən aprelin 12-dək aparılacaq. Kursda iştirak etmək istəyənlər qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər:
- -Rektorun adına ərizə;
- -Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
- -İş yerindən arayış və ya əmək kitabçasından çıxarış (işlədiyi halda);
- -3x4 sm ölçüdə 6 ədəd fotoşəkil;
- -Şəxsiyyət vəsiqəsinin surəti.

UNEC-in Mətbuat Xidməti