Liviyada koronavirusla bağlı vəziyyət nəzarətdən çıxır

Liviyada koronavirusla bağlı vəziyyət nəzarətdən çıxır Liviyada yeni növ koronavirus pandemiyası ilə bağlı vəziyyət nəzarətdən çıxır, yoluxanların sayı durmadan artır.
Bunu cümə axşamı günü Rabatda BMT-nin Liviya üzrə xüsusi təmsilçisi vəzifəsini icra edən Stefani Uilyams deyib.
“Liviya dəhşətli iqtisadi böhranla üzləşib, münaqişələr indi mərkəzi Liviyanı, o cümlədən 130 min dinc sakinin təhlükə altında olduğu Sirt regionunu təhdid edir”, - “Magreeb Arabe Press” onun sözlərini sitat gətirir.
“Üstəlik, koronavirus pandemiyası ilə bağlı vəziyyət, xüsusilə də ölkənin cənubunda yoluxma sayının durmadan artması nəzərə alınmaqla, nəzarətdən çıxır”, - emissar deyib.
Rəsmi məlumatlara görə, Liviyada 12 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb. 200-dən çox xəstə dünyasını dəyişib, 1 150-dən çox insan sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər