ADA Məktəbinə yeni qəbul edilmiş şagirdlər və onların valideynləri üçün onlayn “Tanışlıq günləri” keçiriləcək

ADA Məktəbinə yeni qəbul edilmiş şagirdlər və onların valideynləri üçün onlayn “Tanışlıq günləri” keçiriləcək Avqustun 28-29-da ADA Məktəbinə yeni qəbul edilən şagirdlər və onların valideynləri üçün onlayn “Tanışlıq günləri” keçiriləcək.
Görüş zamanı rektor, səfir Hafiz Paşayev, tədris məsələləri üzrə prorektor Vəfa Kazdal və ADA Məktəbinin təlim-tədris heyətinin üzvləri iştirakçılar qarşısında çıxış edəcəklər.
Görüşə qoşulan şagird və valideynlər ADA Məktəbində tədris prosesi, məktəb həyatı, nizam-intizam və onlayn resurslardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat əldə edəcəklər.
Şagirdlərə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar da təqdim edərək onları universitet həyatına hazırlayan ADA Məktəbinə bu il müsabiqə yolu ilə ümumilikdə 274 nəfər şagird qəbul edilib. Onlardan 245 nəfəri X sinfə, 29 nəfəri isə XI sinfə qəbul ediliblər.
Qeyd edək ki, 2019-cu ildən fəaliyyətə başlayan ADA Məktəbində tədris proqramı Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası - Milli Kurikulumuna və ADA Universitetinin təcrübəsinə əsaslanır.
ADA Məktəbində təhsilini uğurla başa vuran məzunlar xüsusi şərtlərlə və müvafiq qaydalar əsasında ADA Universitetinə qəbul edilirlər. ADA Məktəbi barədə ətraflı məlumatı https://www.ada.edu.az/en/school linkində əldə etmək mümkündür.
Onlayn “Tanışlıq günləri”nin proqramı https://bit.ly/3hxUm4F linkində yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər