Bağdadda hava limanına raketlər atıldı

Bağdadda hava limanına raketlər atıldı Bağdad Beynəlxalq Hava limanı raket zərbələrinə məruz qalıb.
İraqın paytaxtından qərbdə yerləşən Əbu-Qreyb bölgəsindən 3 raket atılıb. Onlardan biri mülki ərazidəki dayanacağa düşüb. Nəticədə 4 avtomobilə ziyan dəyib.
Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. İlkin ehtimala görə, hava hücumunun hədəfi ABŞ və İraq hərbçilərinin yerləşdiyi ərazi olub.

Tehsil-press.az

Oxşar xəbərlər