Suriyada aviabazaya raket hücumu - 14 hərbçi ölüb

Suriyada aviabazaya raket hücumu - 14 hərbçi ölüb Suriyanın Homs əyalətində yerləşən T-4 aviabazasına raket hücumu olub.
Suriyanın rəsmi dövlət agentliyi olan SANA hərbi mənbəsində istinadən məlumat verib ki, hücum nəticəsində hərbçilər arasında ölənlər və yaralananları var. Mənbənin sözlərinə görə, Suryanın hava hücumundan müdafiə sistemləri səkkiz raketi zərərsizləşdirə biliblər.
Aerodroma hücumun ABŞ Silahlı Qüvvələri tərəfindən edildiyi istisna olunmur. Lakin Ağ Ev, həmçinin Pentaqon hücumla əlaqələrinin olmasını təsiqləməyiblər.
SANA agentliyi özünün feysbukdakı rəsmi səhifəsində aviabazaya endirilən raket hücumunun videosunu yayımlayıb.
***
Əl-Ərəbiya telekanalı isə iddia edir ki, hücum İsrail Hərbi-hava qüvvələri tərəfindən endirilib. Nəticədə isə azı 14 hərbçi ölüb.

Tehsil-press.az

Oxşar xəbərlər