Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti iyulun 20-dək uzadılır.
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir. İyulun 15-i saat 11:15-ə olan məlumata əsasən, qəbul olunan bakalavrlardan 72 faizi qeydiyyatdan keçib.
Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.
Xatırladaq ki, cari ildə bir ali məktəbin bakalavr səviyyəsini tam bitirən və akademik borcu olmayan, lakin digər ali məktəbin magistratura səviyyəsinə qəbul olunan bakalavrlardan qeydiyyat zamanı tələb olunan ali təhsil müəssisəsini bitirməsi haqqında arayışı daxil olduğu ali təhsil müəssisəsinə təqdim etməyə ehtiyac yoxdur. Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn qeydiyyat proseduru nəzərə alınaraq ali təhsil müəssisələrinin bu prosesi həyata keçirən məsul şəxslərinə “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edilən bakalavrların məlumatlarını qeydiyyat sistemi vasitəsilə onlayn əldə etmək imkanı yaradılıb.
İyulun 20-dək tələb olunan digər sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Tehsil-press.az