Rusiya Ədliyyə Nazirliyi Elman Paşayevin vəkillik statusunun ləğvini təklif etdi

Rusiya Ədliyyə Nazirliyi Elman Paşayevin vəkillik statusunun ləğvini təklif etdi Rusiya Ədliyyə Nazirliyi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işində Rusiyanın Əməkdar artisti, aktyor Mixail Yefremovun maraqlarını müdafiə edən azərbaycanlı Elman Paşayevin vəkillik statusuna xitam verilməsinə dair təklif irəli sürüb.
Ədliyyə Nazirliyi ərazi idarələrinə Paşayevin vəkillik statusundan məhrum edilməsi proseduruna və vəkil Aleksandr Dobrovinskiyə qarşı intizam icraatını başlamağı tapşırıb.
Daha əvvəl Rusiya Federal Vəkillər Palatasının stats-katibi Konstantin Dobrınin bildirmişdi ki, Elman Paşayevin işində Peşə Etikası Məcəlləsinin bir neçə maddəsinin pozulması aşkar edilib.
Paşayev buna qədər üç dəfə vəkillik statusundan məhrum edilib, hazırda Şimali Osetiya-Alaniya Respublikasının Vəkillər Palatasının üzvüdür. Bundan əlavə, hüquqşünas Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330-cu maddəsi (“Özbaşınalıq”) ilə şərti cəza alıb.
Qeyd edək ki, azərbaycanlı vəkil Elman Paşayev bu ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədən Mixail Yefremovun vəkili olub. A. Dobrovinski isə qarşı tərəfin hüquqlarını müdafiə edib. Məhkəmə aktyor M.Yefremovu 8 il azadlıqdan məhrum edib.

Tehsil-press.az

Oxşar xəbərlər