Məhkəmədən xəstəxanaya aparıldı

Məhkəmədən xəstəxanaya aparıldı Tibbi işçiləri rusiyalı aktyor Mixail Yefremovu məhkəmə zalından xərəkdə çıxarıblar. O, təcili tibbi yardım maşınında xəstəxanaya aparılıb.
Botkin xəstəxanasından agentliyə bildirilib ki, Yefremov ağır vəziyyətdə reanimasiyadadır.
Növbəti iclas çərşənbə günü səhər saat 10:00-a keçiriləcək.
Xatırladaq ki, aktyor iyunun 8-də Moskvanın mərkəzində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib. Cipdə hərəkət edən artist əks hərəkət istiqamətinə çıxıb və furqonla toqquşub. Sonuncunun sürücüsü bir neçə saatdan sonra həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər