Vəkillər Kollegiyasinin Rəyasət Heyətində Milli Məclisin deputatları ilə görüş keçirilib

Vəkillər Kollegiyasinin Rəyasət Heyətində Milli Məclisin deputatları ilə görüş keçirilib Yanvarın 25-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvləri Çingiz Qənizadə və Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasının Rəyasət Heyətinin rəhbərliyi ilə görüşüblər.
Görüşdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov son aylar ərzində görülmüş işlər, xüsusilə vəkilliyə qəbul imtahanlarına hazırlığın vəziyyəti, vəkilliyə namizədlərin tərkibinə dair statistika barədə məlumat verib. O, həmçinin ölkəmizdə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsi üzrə gələcəkdə vəkillik haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair bir sıra təkliflər verib.
Söhbət zamanı deputatlar ölkəmizdə ödənişsiz hüquqi yardımın vəziyyəti, Vəkillər Kollegiyasının fəaliyyətinin daha da səmərələşdirilməsi və onun maddi-texniki bazasının gücləndirilməsi, Kollegiyanın gələcək planları, qarşıdan duran problemlər barədə maraqlanıb, onların həllinə dair təkliflər veriblər.
Milli Məclisin komitə sədri Əli Hüseynli qarşıdakı dövrdə Vəkillər Kollegiyasının fəaliyyətinin daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayaraq, gələcəkdə komitə ilə Kollegiya arasında təmasların daha intensiv qurulmasının əhəmiyyətini bildirib.
Deputatlar Qüdrət Həsənquliyev və Çingiz Qənizadə vəkilliyin inkişafı, bu peşənin əhəmiyyəti barədə fikirlərini səsləndirib və konstruktiv təkliflər irəli sürüblər.

Tehsil-press.az

Oxşar xəbərlər