Bakı Xoreoqrafiya Akademiyası doktoranturaya və dissertanturaya qəbul elan edib

Bakı Xoreoqrafiya Akademiyası doktoranturaya və dissertanturaya qəbul elan edib Bakı Xoreoqrafiya Akademiyası (BXA) fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər sentyabrın 25-dək Bakı Xoreoqrafiya Akademiyasının (Bakı, AZ 1014, R. Behbudov küçəsi, 75) inzibati korpusunda qəbul edilir.
Fəlsəfə doktoru proqramı üzrə doktorantura-disseretantura ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul edilirlər. Doktorantura-dissertanturaya qəbul üçün bu sənədlər təqdim olunmalıdır: akademiya rektorunun adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə), iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, iş yerindən xasiyyətnamə, çap olunmuş elmi işlərin siyahısı (elmi katib tərəfindən təsdiq edilmiş) və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa), şəxsiyyəti təsdiq edən sənədin surəti.
Elmlər doktoru proqramı üzrə doktoranturaya-dissertanturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər. Doktorantura-dissertanturaya qəbul üçün bu sənədlər Bakı Xoreoqrafiya Akademiyasına təqdim olunmalıdır: akademiya rektorunun adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3×4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surəti.
Sənədlərini təqdim etmiş iddiaçıların siyahısı “Xarici dil” imtahanı vermək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) sentyabrın 30-dək təqdim ediləcək. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdiriləcək.
Qeyd edək ki, dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməz. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməz. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər bir qayda olaraq elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır.
Maraqlananlar əlavə məlumatı (012) 597-24-61 əlaqə nömrəsi və [email protected] poçt ünvanından əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər