Britaniya şimal bölgələrində yenidən karantinə qayıdır

Britaniya şimal bölgələrində yenidən karantinə qayıdır Böyük Britaniyanın şimal bölgəsində koronavirusa yoluxma halında baş verən artıma görə yenidən məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə ölkənin Səhiyyə naziri Matt Hankok parlamentdəki çıxışında deyib. Şimalda yoluxma sayında ciddi artım qeydə alındığını bildirən nazir karantinin sabahdan sərtləşdiriləcəyini deyib.
Northumberland, Çimali və Cənubi Tyneside, Newcastle-upon-Tyne, Gateshead, Sunderland və Durhamda yenidən məhdudiyyətlər tətbiq ediləcək. Bu bölgələrdə yaşayan insanlar ailə üzvlərindən başqa heç kimlə ünsiyyətdə olmayacaq, qida və içki sektoru masada müştəri qəbul etməyəcək, əyləncə məkanları saat 22:00-dan sonra bağlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər