İşağlçı Ermənistan cəbhədə olduğu kimi, informasiya müharibəsində də təxribata əl atır. Bu sistematikdir və durmadan davam edir.
Ermənilərin kəşfiyyat-təxribat qrupu təkcə cəbhədə deyil, sosial şəbəkələr vasitəsilə də çaşqınlıq yaratmaqda maraqlıdır. Onlar sosial şəbəkələrdə saxta hesab açaraq müxtəlif dezinformasiyalar yayırlar. Düşmənin tək məqsədi xalq arasında çaşqınlıq yaratmaqdır.
İyul ayında Tovuzda gedən döyüşlərdə də bu kimi hallar baş vermişdi. Votsap və digər ünsiyyət vasitələrində səs yayaraq bildirmişdilər ki, guya hərbi hissə partladılıb və əsgərlərimiz kütləvi şəkildə həlak olub. Aydın məsələdir ki, münaqişə davam etdiyi müddətdə erməni təxribatlarının davamı da gələcək.
Buna görə də sosial şəbəkə istifadəçiləri bu məsələdə çox diqqətli olmalı, xüsusən də ordumuzla bağlı yayılan məlumatlara rəsmi açıqlama olmadan istinad etməməlidir.
Məsələn, erməni Alen Qulyan. Bu şəxs Ermənistan Müdafiə Nazirliyinin ştatlı dezinformatorudur. O, hər fürsətdə müxtəlif saxta məlumatlar yayaraq çaşqınlıq yaratmağa çalışır. Özünü bloqqer adlandıran Qulyan son olaraq iddia edib ki, guya Suriyadan Azərbaycan döyüşmək üçün 300 şəxs göndərilib və onların hər birinə aylıq 2000 dollar maaş veriləcək. Halbuki ermənilər muzdlu döyüşçü yığmaqla bu prosesi işğal etdikləri Dağlıq Qarabağda həyata keçirirlər.
Tehsil-press.az