Sarkisyan – Ermənistanın prezidenti, yoxsa "məzlum artsaxlılar"ın vəkili?

Sarkisyan – Ermənistanın prezidenti, yoxsa Dünya birliyi və ya beynəlxalq ictimaiyyət – kim necə istəyir adlandırsın – Serj Sarkisyanın ifasında növbəti dəfə qatığın qara olduğunu iddia edəcək qədər həyasız, iftira dolu çıxışı dinlədi. Dinlədi və ənənəvi şəkildə – "dəmir ənənə"! – susdu.
Sarkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında Ermənistanın deyil, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbər”i kimi çıxış etdi. Bütün çıxışını da “məzlum, əzabkeş, yazıq Artsax xalqı”nın “hüquq”larına həsr etdi.
BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum qətnamələrə məhəl qoymayan, bununla da bu təşkilatın bir çox qərar və qətnamələrinin əslində kağız parçasından başqa bir şey olmadığını sübut edən Ermənistanın prezidenti məhz BMT-də qeyd etdi ki, ölkəsi ötən illər ərzində beynəlxalq ictimaiyyətin tamhüquqlu və məsuliyyətli üzvü olub. Klassik erməni həyasızlığı!
Bundan sonra Dağlıq Qarabağ münaqişəsinin niyə (!) bu qədər uzanmasından danışan Serj bildirdi ki, Azərbaycan “Artsax erməniləri”nin öz müqəddəratlarını təyin etməsinə imkan vermir, hətta güc tətbiq edir. Belə çıxır ki, ermənilər dünya xəritəsində ilk dəfə olaraq eyni millətin yaşadığı iki qonşu dövlət yaratmaq istəyirlər, özü də Azərbaycandan qəsb etdikləri torpaqlarda. Üstəlik, ərazi bütövlüyünü pozduqları Azərbaycandan da erməni təcavüzü qarşısında sakit qalmağı tələb edirlər. Daha bir klassik erməni həyasızlığı!
Sarkisyan bir qədər də irəli gedib Azərbaycanın “nəzarətində olan ərazilər”də “ermənilərin böyük mədəni və dini irsi”ni dağıtmağa davam etdiyini dedi. Maraqlıdır, görəsən, Serj “Azərbaycanın nəzarətində olan ərazilər” deyəndə hansı əraziləri nəzərdə tutur? Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı deyirsə, məlum məsələdir ki, həmin ərazilərin bir çox hissəsi erməni işğalı altındadır və erməni rəsmiləri də bu rayonların Azərbaycana məxsus olduğunu bəyan edib, eləcə də münaqişənin nizamlanması üzrə danışıqlarda ilkin mərhələdə bu rayonların qaytarılması müzakirə olunur. Dağlıq Qarabağ da erməni silahlılarının nəzarətindədir. “Böyük erməni irsi” Azərbaycanın hansı ərazisində mövcud olub? Yoxsa Sarkisyan digər torpaqlarımızda da gözü olduğunu dolayı yolla etiraf edir?
Halbuki ermənilər sonradan Ermənistan adlandırılacaq İrəvan quberniyasında 310 məscid, Xan sarayı, Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral kimi müsəlman qəbiristanlıqları, karvansaralar, məqbərələr və dağıdıb, minlərlə tarixi abidəmizi öz adlarına çıxıblar. Bunu rəsmi məlumatlar da təsdiq edir. O ki qaldı ermənilərin Qarabağdakı barbarlığına, bu siyahıdakı abilələrin əksəriyyəti dağıdılıb, qalanının da erməniləşdirilməsinə cəhd edilib.
Ermənilərin başçısı danışdıqca həyəcanlanır və iddia edir ki, rəsmi Bakı Azərbaycanın erməni əhalisini etnik təmizləməyə məruz qoyub. Halbuki ən yaxın tarixdə ermənilərin törətdiyi Xocalı soyqırımını yuxarıda adıçəkilən dünya birliyi və ya beynəlxalq ictimaiyyət də görüb və susub, susur.
Dördgünlük müharibə kimi tarixdə qalan, Azərbaycanın qələbəsi, 2 min hektardan artıq ərazinin erməni işğalından azad edilməsi ilə nəticələnən 2016-cı ilin aprel döyüşlərinə də təzə don geyindirməyə çalışan Sarkisyan bildirir ki, guya rəsmi Bakının məqsədi məzlum, dinc erməniləri hədəfə almaq idi. Halbuki həmin tarixdə Azərbaycan Ordusu cəbhədə təxribat törədən erməni silahlılarına sadəcə layiqli cavab verdi. Serj unutmamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri bundan artığına da qadirdir. Ermənilərin liderinin yalan dolu çıxışına qulaq kəsilən sessiyadakı rəsmilər il yarım bundan əvvəl baş vermiş hadisənin Azərbaycan üçün acı nəticəsini, başqa sözlə, hansı tərəfin mülki vətəndaşları hədəfə aldığını çətinlik çəkmədən öyrənə bilərlər. 2016-cı ilin aprelində ermənilərin Azərbaycanın 32 yaşayış məntəqəsini bombalaması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla, sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.
Sarkisyan “yaradır” və özünü unudur: “Demokratik yolla inkişaf edən Artsax...” Qəribə təzaddır: Əhalisi yoxsulluq içində olan Ermənistandan fərqli olaraq, Ermənistanın belə, müstəqilliyini tanımadığı qondarma rejim demokratik yolla necə, hansı yolla, kimin maliyyəsi ilə inkişaf edir?
Əgər Ermənistan prezidenti işğal etdikləri torpaqlarımızda yaratdıqları qondarma rejimi beynəlxalq aləmə dövlət kimi sırımağa çalışırsa, niyə BMT Baş Assambleyasında sual olunmur: “Serj Sarkisyan, siz niyə özünüzün də tanımadığı, adının “Artsax” olduğunu iddia etdiyiniz dövlətin adından çıxış edirsiniz? Siz Ermənistanın prezidentisiniz, yoxsa “Artsax” dediyiniz qondarma rejimin vəkili?”
Serjin Dağlıq Qarabağın heç bir zaman Azərbaycan torpağı olmadığını deməsi isə onun “Ermənistan” adlı dövlətin hansı dövlətin ərazisində, nə vaxt, hansı şərtlər altında yaradıldığını bilməyəcək qədər tarixdən xəbərsiz, savadsız olduğunu göstərir. Növbəti klassik erməni həyasızlığı!

Təhsil-press.az

Oxşar xəbərlər