Dövlət İmtahan Mərkəzi: 35 mindən artıq abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

Dövlət İmtahan Mərkəzi: 35 mindən artıq abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib Ali məktəblərə ixtisas seçimi davam edir. Saat 10.30-a olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 10732, II ixtisas qrupu üzrə 7981, III ixtisas qrupu üzrə 9240, IV ixtisas qrupu üzrə 2765 nəfər ərizəsini təsdiq edib.
I ixtisas qrupu rus bölməsi üzrə 1072, II ixtisas qrupu üzrə 863, III ixtisas qrupu üzrə 745, IV ixtisas qrupu üzrə isə 276 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 2257 nəfərdir.
Ümumilikdə 5 ixtisas qrupu üzrə 35765 nəfər ərizəsini təsdiq edib.
Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər