Ermənistanda COVID-19 xəstələrinin sayı 110 minə çatır

Ermənistanda COVID-19 xəstələrinin sayı 110 minə çatır Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 108 687 nəfərə yüksəlib. Onların da 1221-i son sutka ərzində COVID-19-a yoluxub.
Bu barədə ölkənin səhiyyə nazirliyinin xəstəliklərin profilaktikası və onlara nəzarət milli mərkəzi məlumat yayıb.
Bildirilib ki, son sutkada pandemiya qurbanlarının sayı daha 29 nəfər artaraq 1 609 nəfərə çatıb.
Hazırda Ermənistanda 39 min 831 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının və ölüm sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.

Tehsil-press.az

Oxşar xəbərlər