Yerevanda müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti aksiya keçirir.
Müxalif “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeam Manukyan Ermənistanın baş prokuroluğunun binası önündə keçirilən aksiya zamanı Paşinyana qarşı cinayət işi açılmasını tələb edib.
"Paşinyan öz hərəkətləri, qanunsuz əmrləri, təlimatları, addımları ilə etiraz səsini susdurmaq üçün siyasi repressiyanın, zorakılığın təməlini qoydu. Ölkəmizin təhlükəsizliyini və bütövlüyünü pozan, birliyimizi, demokratiya və söz azadlığını şübhə altına alan hərəkətlərinə görə Paşinyana qarşı cinayət işi açılmalıdır”, - deyə Manukyan bildirib.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyana cinayət işi açılması “hüquq-mühafizə orqanlarının müqəddəs borcudur”:
“Ermənistanda artıq hakimiyyət mövcud deyil. Paşinyan artıq hüquq-mühafizə orqanlarına ümid etmir və siyasi rəqiblərini cilovlamağa çalışmaq üçün dəstələr yaradır. Polisi, MTX-ni və bütün hüquq-mühafizə sistemini bu cür proseslərin qarşısını almağa çağırıram. Paşinyana qarşı cinayət işi açmaq və onu məsuliyyətə cəlb etmək lazımdır”.
Tehsil-press.az