Yerevanda növbəti etiraz aksiyası – Bu dəfə tələbələr narazıdır

Yerevanda növbəti etiraz aksiyası – Bu dəfə tələbələr narazıdır Yerevan Dövlət Universitetinin tələbələri ali məktəbin rektoru Aram Simonyanın istefası tələbi ilə yürüş keçiriblər.
Aksiya iştirakçıları bəyan edirlər ki, universitetin Qəyyumlar Şurası tələbələrin A.Simonyanın istefası tələbəni rədd edib, hətta onların ali məktəbin idarəçiliyi ilə bağlı narazılığına əhəmiyyət verməyib.
Tələbələr təcili olaraq Şuranın növbədənkənar iclasının keçirilməsini də tələb edir, iclasda rektora etimadsızlığın ifadə olunmasının vacibliyini qeyd edirlər.
Qeyd edək ki, bu, tələbələrin rektora qarşı çıxdığı ilk hal deyil. Ermənistanda hakimiyyət dəyişdikdən sonra oxşar etiraz aksiyaları vaxtaşırı qeydə alınır. Bundan başqa, Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryan universitetdə cinayət halları barədə məlumat versə də, A.Simonyan yoxlamaların nəticələri ilə razı deyil.

Tehsil-press.az

Oxşar xəbərlər