Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.
İclasın yekunu ilə bağlı açıqlama yayılıb. Açıqlamada qeyd olunur ki, müzakirə edilən məsələlərdən biri də Azərbaycanın işğalda olan torpaqlarını geri qaytarması olub. Bundan məmnuniyyət ifadə edilib, baş verən proseslər nəticəsində ortaya çıxan geopolitik durumun bütün parametrləri təhlil olunub.
Bu çərçivədə imzalanan məlum atəşkəs anlaşmasının həyata keçirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün qorunması və Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təsis edilməsinə Türkiyənin rolunun önəmi vurğulanıb.
Tehsil-press.az