Strateji Əməkdaşlıq Şurasında imzalanan sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin böyük perspektivi olduğunu sübut etdi

Strateji Əməkdaşlıq Şurasında imzalanan sənədlər Azərbaycan-Türkiyə münasibətlərinin böyük perspektivi olduğunu sübut etdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında qaldırılan məsələlər, dövlət başçılarının verdiyi bəyanatlar Azərbaycan-Türkiyə əməkdaşlığının dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinə söykəndiyini və böyük perspektivi olduğunu bir daha sübut etdi.
Bunu Tehsil-press.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, hər iki ölkənin bütün məsələlər üzrə mövqeyi onsuz da üst-üstə düşür, beynəlxalq təşkilatlarda müttəfiq olaraq çıxış edirlər. A.Mirzəzadə hesab edir ki, bununla belə bu münasibətlərin daha da genişlənməsinə və daha çox sahələri əhatə etməsinə ehtiyac var:
"Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bu dəfəki səfəri, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası tarixi hadisə olan Bakı-Tbilis-Qars dəmir yolunun açılışına təsadüf etdi. Hər iki ölkənin cəmiyyətində belə bir inam yaranıb ki, Azərbaycan və Türkiyə daha güclü olmaq üçün bir-birinə daha çox dəstək verəcək, əlaqələr daha da genişlənəcək".
Qeyd edək ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər