İsrail nəşrindən Trampla bağlı iddia

İsrail nəşrindən Trampla bağlı iddia ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun İranı vurması ilə bağlı orduya təlimat verəcəyi iddia edilib.
Bu barədə İsrailin “Walla News” qəzeti yazıb. Qeyd edilib ki, Tramp liderlik kürsüsünü tərk etməmişdən əvvəl İranı vurması barədə əmr verəcək. Qəzet 20 yanvaradək olan müddətin “həssas bir dövr” olduğunu vurğulayıb.
Bildirilib ki, belə bir halda İsrail ordusuna İran və onun Suriya, Livan, Qəzzada olan qrupları tərəfindən qarşılıq verəcəyi ehtimal olunur və bu barədə hazırlıqların aparılması barədə göstəriş verilib.

Tehsil-press.az

Oxşar xəbərlər