
Fərid Əsgərov Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti olub.
O, "Paşa Holding"də işlədiyi vaxtda – 2017-ci ildə Yaşar Bəşirovun prezidenti olduğu Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti seçilib.
Federasiyanın indiki "ASK Arena"da yerləşən ofisində keçirilmiş səsvermə prosesində sabiq gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin sabiq İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (indiki Azərbaycan Karate Federasiyası) prezidenti Ülvi Quliyev də iştirak edib.
Fərid Əsgərovun əsas məqsədi Tokio Olimpiadasında debüt etməyə çalışan idman karatesinə (WKF) maliyyə ayırmaq olub. O, 2023-cü ilədək bu vəzifədə çalışıb.
Qeyd edək ki, Fərid Əsgərovun qardaşı Əli Əsgərov isə 2022-ci ildən Bakı İdman Sarayının direktorudur.
Tehsil-press.az