Fransız səfir və politoloq Senatın qərarına qarşı çıxdı

Fransız səfir və politoloq Senatın qərarına qarşı çıxdı Fransanın İsraildəki keçmiş səfiri Gerard Araud və Fransa Strateji və Beynəlxalq Münasibətlər İnstitutunun (İRİS) direktor müavini, politoloq Didier Billion Senatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarını müdafiə edən senator Valeri Buayeni tənqid edib.
Araud tvitterdə Boyerə cavab olaraq Senatın bu qərarı ilə Fransanın münaqişələrdə tərəf tutaraq vasitəçi rolundan çıxdığını bildirib. Onun postunda “beynəlxalq maraqlara zidd seçki” ifadəsi yer alıb.
Politoloq Billion bu qərara görə Arauda təşəkkür edərək “Fransa Senatının Dağlıq Qarabağa verdiyi səs böyük bir siyasi səhvdir. Beynəlxalq hüququ bilməməyimiz, həqiqətlərin təhrif olunması və təəssüf ki, zəif olduğumuzun bir etirafıdır,- deyə bildirib.
Qeyd edək ki, fransız senator Buaye tvitter hesabında “Senatın Dağlıq Qarabağı tanımasından, Azərbaycan və Türkiyəyə qarşı sanksiya tətbiqini istəməsindən şərəf duyuram”, - deyə bildirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər