Prezident İlham Əliyevin bu yaxınlarda Fransaya səfəri Azərbaycanın sabitlik mərkəzi kimi daha yaxşı tanınmasına imkan verir.
Bunu Tehsil-press.az-a Fransa Senatının Xarici işlər komitəsinin vitse-prezidenti, senator Natali Qule deyib.
N.Qule qeyd edib ki, bu səfər gələcəkdə iki ölkə arasında turist axınının artmasına xidmət edəcək, həmçinin Azərbaycanın bu regionda sabitlik mərkəzi və Rusiya və İran arasında körpü kimi daha yaxşı tanınmasına şərait yaradacaq.
Senator bildirib ki, Azərbaycan və Fransa bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirə bilərlər: "Son illərdə Azərbaycanda işgüzar mühit xeyli yaxşılaşıb. Fransa şirkətləri Azərbaycanı İpək Yolunda mühüm mərkəz kimi dəyərləndirir".
Bundan başqa, N.Qule bildirib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə rolu çox vacibdir:
"Dağlıq Qarabağ və ətraf 7 rayonun azad edilməsi üçün Ermənistana təzyiq göstərməyin vaxtı çatıb. Buna diplomatik yolla nail olmaq mümkündür, lakin əgər bu mümkün olmasa, Ermənistana qarşı embarqo və beynəlxalq sanksiyalar tətbiq etmək zəruridir".
Qeyd edək ki, Prezident İlham Əliyevin 19-20 iyul tarixlərində Parisə səfəri çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlər aparılıb, Azərbaycanla Fransa şirkətləri arasında 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb.
Tehsil-press.az