Səfir: Fransanın yeni Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi sülh yoludur

Səfir: Fransanın yeni Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi sülh yoludur "Hesab edirəm ki, Fransanın yeni prezidentinin mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək".
Təhsil-press.az-ın məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bugünki mətbuat konfansında bildirib.
O deyib ki, Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır.
Səfir bildirib ki, prezident Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlıdır. O münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək: "Güman edirəm ki, onun mövqeyi də bu problemin sülhlə həll olunmasına yönələcək. Bu məsələdə ATƏT-in Minsk Qrupunun rolunu da qeyd edirəm. Əsas prirotet problemin sülhlə öz yolunu tapmasıdır".

Təhsil-press.az

Oxşar xəbərlər