Milli Məclisin sədri Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı tövsiyə verib.
O.Əsədov bildirib ki, Milli Məclis bu məsələ ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirib, iclas keçirilib, müraciət olunub.
Spiker qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır: “Tövsiyə edirəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və “Azərsığorta”nın əməkdaşlarını parlamentə dəvət etsin, məsələ müzakirə olunsun”.
Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında bir neçə deputat müavinət ala bilməyən şəhid ailələrinin məsələsini qaldırıb.
Xatırladaq ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.
Tehsil-press.az