Ermənistanda siyasi böhran getdikcə dərinləşir.
Baş nazir Nikol Paşinyanın əleyhdarları artır. Paşinyan üçün ən təhlükəlisi budur ki, ona etiraz edənlərə qoşulanlar arasında Ermənistanın siyasi elitasını təşkil edən şəxslər də var və onların da sayı durmadan artır.
Erməni mediası yazır ki, artıq Ermənistanın keçmiş Baş naziri Karen Karapetyan da Paşinyana qarşı çıxıb. O, mövcud hökuməti başda Nikol Paşinyan olmaqla istefaya çağırırb.
Onun yaydığı bəyanatda bildirilir ki, Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikası (“DQR”) dərin mənəvi, psixoloji, siyasi, iqtisadi və sosial böhran içindədir. “Düşünürəm ki, mövcud hakimiyyət istefa vermədikcə, onun yaratdığı böhran ölkənin inkişafına əngəl olacaq”, - deyə o qeyd edib.
Keçmiş Baş nazir bildirib ki, Paşinyan hakimiyyətinin mövcudluğu hər gün ölkəyə yeni zərbələr vurur.
“Bu həyati məqamdır. Hökumət üçün vacib imtahandır. Onlar göstərməlidir ki, cılız siyasi maraqlardan üstündürlər”, - deyə Karapetyan əlavə edib.
Erməni KİV-lərində yayılan məlumatlardan belə aydın olur ki, Paşinyanın devrilməsi an məsələsidir. Baş nazirin İrəvana qoşun yetirmək istəyi də göstərir ki, vəziyyət kritikdir.
Tehsil-press.az