“Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm”

“Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm” “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir”.
Bunu Prezident İlham Əliyev yeni mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Şuşa nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər: “Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Tehsil-press.az

Oxşar xəbərlər