Təhsil Nazirliyi: Vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılır

Təhsil Nazirliyi: Vətəndaşların qəbulu yanvarın 31-dək dayandırılır Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi yanvarın 31-dək fəaliyyətini dayandırır.
Bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.
Təhsil Nazirliyinin rəsmi məlumatlarını qurumun rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Tehsil-press.az

Oxşar xəbərlər