Təhsil Nazirliyi: Salyan və Biləsuvar şəhərlərində vətəndaşlar qəbul ediləcək

Təhsil Nazirliyi: Salyan və Biləsuvar şəhərlərində vətəndaşlar qəbul ediləcək Təhsil naziri Ceyhun Bayramov yanvarın 23-də saat 11-də Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.
Qəbulda qeyd edilən şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Təhsil nazirinin müavini Firudin Qurbanov yanvarın 24-də saat 11-də Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Biləsuvar rayon sakinlərini qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar yanvarın 15-dən 21-dək (saat 18.00-dək) Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Tehsil-press.az

Oxşar xəbərlər