Onlar da ABŞ-dakı hadisələrə səssiz qalmadı

Onlar da ABŞ-dakı hadisələrə səssiz qalmadı Bir sıra dövlət və beynəlxalq təşkilatların rəhbərləri ABŞ-da baş verən hadisələrdən narahatlıqlarını bildiriblər.
NATO Baş katibi Yens Stoltenberq “ABŞ-da demokratik seçkilərin nəticələrinə hörmət etməyə” çağırıb. Onun sözlərinə görə, o, Vaşinqtonda baş verənlərdən “şoka düşüb”.
Böyük Britaniyanın Baş naziri Boris Conson hakimiyyətin ABŞ-a nizamlı və dinc yolla ötürülməsini “həyati vacib” adlandırıb.
Avropa Şurasının sədri Şarl Mişel hakimiyyətin Co Bayden Administrasiyasına dinc yolla veriləcəyinə ümidvar olduğunu bildirib.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Vaşinqtondakı hadisələrlə bağlı həddindən artıq narahatlıq ifadə edib. “Vaşinqtonda baş verən zorakılıqlardan və dəhşətli hadisələrdən son dərəcə narahatam”, - Mitsotakis öz tvitterində yazıb.
Çexiyanın xarici işlər naziri Tomaş Petriçek bəyan edib ki, Amerika Kapitolisinin divarları arasında talançılıq və zorakılıq demokratiyaya can atan ölkələr üçün pis nümunədir.
Daha əvvəl Türkiyə XİN ABŞ-da baş verən hadisələrdən narahatlığını ifadə etmişdi.

Tehsil-press.az



Oxşar xəbərlər