“Öləcəyim halda, əlavə planlar olduğunu bilirdim” - Conson xəstəliyindən danışdı

“Öləcəyim halda, əlavə planlar olduğunu bilirdim” - Conson xəstəliyindən danışdı Böyük Britaniyanın koronavirusdan sağalan Baş Naziri Boris Conson xəstəxanada olarkən həkimlərin onun haqqında planlarından danışıb.
Baş Nazir tibb işçilərinin onun ölümünü elan etməyə hazırlaşdıqlarını bildirib:
“Mən heç də yaxşı halda deyildim və öləcəyim halda ehtiyat fəaliyyət planı olduğunu bilirdim. Həkimlərin vəziyyət pisləşməyə doğru gedərsə, nə edəcəklərinə dair xüsusi planları var idi”.
Conson qeyd edib ki, ona litrlərlə oksigen verilirdi və həkimlərə tez-tez bu vəziyyətdən nə zaman çıxacağı ilə bağlı suallar ünvanlayırdı.
Qeyd edək ki, aprelin 27-də xəstəxanadan evə buraxılan Boris Conson yeni doğulan oğluna onun həyatını xilas edən həkimlərin adlarını (Uilferd Lori Nikolas) qoyub.

Tehsil-press.az

Oxşar xəbərlər