“Biz peyvəndə çox böyük ümid bağlayırıq. Amma hər kəs başa düşməlidir ki, peyvənd sehrli çubuq deyil. Bir insana peyvənd vurdururuqsa, bu o deməkdir ki, onun bədənində immunitet hələ inkişaf etməyə başlayacaq”.
Bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva “Medical Media” TV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, əgər vaksinasiya prosesinin nəticə verməsini istəyiriksə, buna çox ciddi yanaşmalıyıq ki, əziyyətimiz və dövlətin xərclədiyi vəsaitlər itməsin:
“Məsələn, biz birinci doza vurdurduqdan sonra 14-21 gün gözləyib, ikinci doza vurduracağıq. Ondan sonra bəlli anticisimlərin əmələ gəlməsini gözləyəcəyik. Bu, o deməkdir ki, çətin olsa da, bir müddət vaksinasiya prosesindən sonra da tibbi maska istifadə edilməli, əl gigiyenası, sosial məsafənin saxlanmasına əməl edilməlidir. Bu, mütləqdir. Əgər nəticə almaq istəyiriksə, hamımız əlbir olub özümüzü qorumalıyıq. Çünki birinci dozadan sonra ikinci doza alana qədər, yəni immunitet yaranana qədər təhlükə olacaq”
Y. Qarayeva həmçinin bildirib ki, bütün dünyada vaksinin seçimi ilə bağlı bir neçə xüsusiyyət nəzərə alınır. Birinci xüsusiyyət vaksinin təhlükəsizliyidir. Əks təsiri varsa, bu vaksin müzakirə olunmur. İkincisi onun effektivliyidir. Əgər vaksin vurdururuqsa, ondan immunitetin qazanılmasını gözləyirik. Bir də istifadəsinin asan olması önəmlidir. Bəzi peyvəndlər var ki, onun logistikası çətindir. Bir qablaşdırmada 15-20 nəfərlik dozanın olması və ya -70 dərəcədə saxlanması şərtdir. Buna görə də vaksin seçimi zamanı bu xüsusiyyətlər nəzərə alınır.
Tehsil-press.az