Martın 16-da ilk dəfə Sietl şəhərində aparılan koronavirus peyvəndinin sınaqlarında iştirak etmiş Ceniffer Haller vaksinin təsirləri haqqında danışıb.
Haller nə qədər riskli eksperimentdə iştirak etdiyini əvvəl tam dərk etməyib. Bu səbəbdən o, ilk öncə klinik sınaqların daşıdığı risklər haqqında məlumatlandırılıb.
Hallerin sözlərinə görə, mRNT-1273 adlı peyvənd pereparatı adi qrip peyvəndinə bənzəyir. Peyvəndin vurulması zamanı o, heç bir ağrı və qıcıqlanma hiss etmədiyini bildirib.
Ceniffer peyvənddən sonra hiss etdikləri barədə danışıb: “İlk gün hərarətimin cüzi qalxdığını hiss etdim. İkinci gün isə qolum bərk ağrımağa başladı. Ancaq bununla hər şey bitdi. Daha sonra hər şey yaxşı idi”.
Qeyd olunub ki, təhlükəsizlik məqsədilə Haller karantinə alınıb. Bir müddət sonra ona digər 44 könüllü ilə birlikdə yenidən peyvənd vurulacaq. Gələn ilin aprel ayına kimi həkimlər onun vəziyyətini müşahidə edəcəklər.
Xatırladaq ki, bir müddət əvvəl heyvanlarda uğurla nəticələnən mRNT-1273 peyvəndinin insanlar üzərində sınaqlarına başlanılmışdı.
Tehsil-press.az