Hindistan Rusiyadan 100 milyon doza vaksin alacaq

Hindistan Rusiyadan 100 milyon doza vaksin alacaq Hindistan Rusiyadan 100 milyon doza koronavirus vaksinini satın alacaq. Bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.
Qeyd olunur ki, vaksin tədarükü 2020-ci ilin sonunadək başlaya bilər. Bu, koronavirus vaksininin Hindistandakı kliniki sınaqlarının nəticəsi və qeydiyyatından asılı olacaq.
Xatırladaq ki, Rusiya avqustun əvvəlində dünyada ilk koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər