Azərbaycanın bütün ərazisindən Ermənistana aid silahlı qüvvələr çıxarılacaq

Azərbaycanın bütün ərazisindən Ermənistana aid silahlı qüvvələr çıxarılacaq Dağlıq Qarabağın qanınsuz və separatçı rejiminin mediası maraqlı iddia ilə çıxış edib.
Qondarma rejimin "mətbuat"ının iddiasına görə, Nikol Paşinyan Moskvaya səfəri zamanı yeni müqavilə imzalayacaq. Həmin müqavilənin bəndlərindən birinə görə, bundan sonra Ermənistan "Artsax"dan qoşunlarını geri çəkməli olacaq. Sitat: “Ermənistandan "Artsax"a xidmətə gələn bütün hərbçilər oradan çıxarılacaq. Görünən budur ki, Ermənistan hakimiyyəti "Artsaxı" əllərinin kiri kimi, yuyub, atır..."
Beləliklə, 3-lü müqavilənin ictimaiyyətə elan olunmayan hissələri işləməyə başlayır. Azərbaycan iqtidarı səbrlə onların icra ediləcəyi zamanı gözləyir. Xankəndindən və şərti olaraq Dağlıq Qarabağ adlandırılan bütün ərazidən Ermənistana aid silahlı qüvvələr ən yaxın zamanlarda çıxarılacaq.
Onların yerini isə Rusiya sülhməramlıları, bəzi fraqmentlərdə isə Azərbaycan - Türkiyə ortaq qüvvətləri tutacaq.

Tehsil-press.az



Oxşar xəbərlər