Avstraliya XİN: Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanımırıq (ÖZƏL)

Avstraliya XİN: Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanımırıq (ÖZƏL) Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Bunu özəl olaraq Tehsil-press.az-a Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyindən Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qondarma rejimin “nümayəndələri” ilə görüşməsini şərh edərkən qeyd ediblər.
Nazirlikdən bildiriblər: "Hökumətin siyasəti əvvəlki kimi yenə ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanımır. Hökumət, həmçinin ATƏT-in Minsk qrupunun bu münaqişənin nizamlanması üzrə səylərini dəstəkləyir və bu məsələyə qarışmır".
Xatırladaq ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər