Yaxın aylarda Qarabağda müharibə başlayır?

Yaxın aylarda Qarabağda müharibə başlayır? "Ola bilər ki, Minsk Qrupu və xüsusən də Rusiya Ermənistana 1-2 rayonu Azərbaycana qaytarmaq barədə təzyiq göstərsin”

"Azərbaycan və Ermənistan arasında baş tutan diplomatik görüşlərdə Qarabağ münaqişəsi ətrafında ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri zəif idi. Lakin aprel hadisələrindən sonra Azərbaycanın bəzi əraziləri azad etməsi diplomatik prosesdə yeni mərhələ başlatdı".
Tehsil-press.az-ın məlumatına görə, bu fikirləri İrəvandakı Regional Araşdırmalar Mərkəzinin direktoru, politoloq Riçard Kirakosyan yerli mətbuata müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, ölkə rəhbərlərinin görüşlərində Dağlıq Qarabağın statusuna dair hər hansı məsələnin müzakirəsi olmayıb:
“Şəxsən mən hesab edirəm və çox güman ki, Azərbaycan yenidən Ermənistana hücum edəcək. Ancaq ola bilsin ki bu daha kiçik miqyasda və daha az intensivliklə olacaq. Azərbaycan ancaq diplomatik prosesə tam şəkildə qayıtmaqdan daha çox istənilən halda problemin hərbi həlli yolunu tapmağa çalışacaq. Ehtimal ki, Azərbaycanın bu hücumu yaxın aylarda olacaq. Onları bu hücumdan heç nə saxlaya bilməz. Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlərin həmsədrlik etməsinə baxmayaraq Minsk Qrupunun imkanları məhduddur, onların münaqişənin özünə və münaqişə tərəflərinə çox az təsir rıçaqları var”.


Tehsil-press.az

Oxşar xəbərlər