Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura təhsili üzrə rəqabətqabiliyyətliliyin daha da yüksəldilməsi məqsədilə UNEC Biznes Məktəbi (MBA), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Magistratura Mərkəzinin direktorları ilə görüşlər keçirilib.
Rektor Ədalət Muradovun rəhbərliyi ilə keçirilən görüşlərdə fakültə rəhbərləri magistratura pilləsində tədrisin təşkili, yeni ixtisasların yaradılması, eləcə də ixtisasların akkreditasiyası, ikili diplomların sayının artırılması, elmi tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi, laboratoriyaların yaradılması, xarici professorların tədrisə cəlb edilməsi, magistrantların payının universitetdə artırılması istiqamətində təkliflərlə çıxış ediblər. Çıxışlarda magistratura təhsilinin MBA proqramı, iqtisadiyyat və idarəetmə ixtisasları, texniki və texnoloji ixtisasları üzrə gələcək inkişaf strategiyaları açıqlanıb, bu istiqamətdə həyata keçiriləcək tədbirlər planı barədə ətraflı məlumat verilib.
Tehsil-press.az