UNEC-də onlayn müdafiələrə start verilib

UNEC-də onlayn müdafiələrə start verilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) magistr dissertasiyalarının onlayn müdafiəsinə başlanılıb.
COVID-19 pandemiyası ilə əlaqədar builki magistr dissertasiya müdafiələri distant formada və UNEC Extern Mərkəzinin imkanlarından faydalanaraq “Zoom” platforması vasitəsilə keçirilir.
Müdafiə prosesi ilə bağlı qaydalar UNEC Elmi şurası tərəfindən təsdiqlənib. Dissertasiya müdafiələrinin təşkili məqsədilə UNEC BMDM-də 14 komissiya fəaliyyət göstərir. Bu komissiyaların hər birinə lisenziyalar alınıb və texniki məsələlərlə bağlı bütün işlər yekunlaşdırılıb. Magistr dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış Elmi şura sədrləri və katibləri ilə görüşlər keçirilib. Görüşlərdə onlayn müdafiələrin təşkili haqqında ətraflı məlumat verilib.
Builki müdafiə prosesində 500-ə yaxın magistrant iştirak edəcək. Onlayn dissertasiya müdafiələri iyulun 5-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər