UNEC-də fakültələrin inkişaf strategiyaları barədə müzakirələr aparılır

UNEC-də fakültələrin inkişaf strategiyaları barədə müzakirələr aparılır UNEC-in beynəlxalq aləmdə nüfuzunun artırılması, rəqabətqabiliyyətliliyinin daha da yüksəldilməsi məqsədilə fakültə dekanları ilə görüşlərə start verilib.
Rektor Ədalət Muradovun rəhbərliyi ilə keçirilən görüşlərdə fakültə dekanları tədrisin təşkilində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, tədris materialları ilə təchizatın daha da yaxşılaşdırılması istiqamətində təkliflərlə çıxış edib, gələcək inkişaf strategiyalarını açıqlayıblar.
Görüşlərdə bildirilib ki, UNEC-in əldə etdiyi uğurların qorunub saxlanılması, yeni nailiyyətlərin qazanılması, dünyanın aparıcı universitetləri ilə reallaşdırılan ikili diplom proqramlarının sayının artırılması, xaricdə fəaliyyət göstərən professorların tədrisə cəlb edilməsi, universitetdə əcnəbi tələbələrin sayının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Yüksək bal toplayan abituriyentlərin UNEC-ə cəlb olunması məqsədilə fakültələr üzrə tədbirlər planının hazırlandığı, hər il olduğu kimi, bu il də abituriyentlərlə görüşlərin keçiriləcəyi və canlı yayımların təşkil olunacağı qeyd edilib.

Tehsil-press.az



Oxşar xəbərlər