Əhali pandemiyada dərmanlara 748,9 milyon xərcləyib

Əhali pandemiyada dərmanlara 748,9 milyon xərcləyib 2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 748,9 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, bu da 2019-cu illə müqayisədə 140,5 faiz çoxdur.
Qeyd edək ki, ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçıların xərclədiyi vəsaitin 1,9%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf edilib.

Tehsil-press.az

Oxşar xəbərlər